Quba və Qusarda konsert - Fotolar

quba-ve-qusarda-konsert
Oxunma sayı: 929

Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Quba və Qusarda konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo" xəbər verir ki, konsert Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun 110 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təqdim olunub.

Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində konserti dinləyən tamaşaçılar Səid Rüstəmovun iyirmiyə yaxın əsərinə orkestrin ifasında qulaq asmaq imkanı qazanıb.

Şimal rayonlarına ilk dəfə səfər edən orkestr konsertdə 40 nəfərə yaxın heyətlə çıxış edib.

Gənc və uşaq musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev olan orkestr günün ikinci yarısında qusarlı tamaşaçılar qarşısında çıxış edib.