Quba-Xınalıq yolu açıldı - Fotolar + Video

quba-xinaliq-yolu-acildi
Oxunma sayı: 1886

Qar uçqunu səbəbindən bir neçə gündür bağlı olan Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti yenidən bərpa edilib.

“Qafqazinfo”nun xəbərinə görə, fasiləsiz çalışmalar nəticəsində yolda yığılıb qalmış tonlarla qar kütləsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, hadisə martın 20-də yolun 34-36-cı km-lik hissəsində baş vermişdi.

Emin Kərimov