Qubad İbadoğlu Amerikada olub

qubad-ibadoglu-amerikada-olub
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, Almaniyanın Fredrix Naumann Fondunun və Amerika Yəhudi Komitəsinin dəvəti ilə “Tolerantlığın dəstəklənməsi” proqramı çərçivəsində baş tutan səfər noyabrın 6-dan 15-dək davam edib. Q.İbadoğlu səfər proqramı çərçivəsində əsas görüşlərin Amerika Yəhudi Komitəsinin rəhbərliyi, müxtəlif ştatlar üzrə yəhudi icmasının fəalları ilə keçirildiyini qeyd edib. O, görüşlər zamanı Amerika yəhudi icmasının qlobal səviyyədə vəkillik fəaliyyəti, ABŞ-ın sosial və siyasi həyatında iştirakı, qərarların qəbuluna təsir imkanları ilə tanış olmaqla yanaşı, həmçinin Azərbaycanın təmsil olunduğu regiondakı vəziyyətə, Türkiyə-İsrail münasibətlərində yaranmış gərginliyə dair müzakirələrə qatılıb.

Bununla yanaşı, səfər proqramı üzrə Q.İbadoğlu Vaşinqtonda yerləşən siyasi institutlarda, o cümlədən ABŞ-ın Helsinski Komissiyasında Dövlət Departamentinin baş müşaviri ilə, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasının ABŞ ofisinin rəhbərliyi ilə, “Amerika 2050” Proqress Mərkəzinin, İnsan Haqları və İctimai Siyasət İnstitutunun, Mülki Azadlıqlar və Mülki Hüquqlar Təşkilatının yüksək səviyyəli təmsilçiləri ilə görüşlər keçirib. Görüşlər zamanı Qarabağ problemi və ölkədəki siyasi-iqtisadi durum barədə müzakirələr aparılıb.

Q.İbadoğlu zəngin və məhsuldar səfəri barədə təəssüratlarını bölüşərək, ABŞ əhalisinin cəmi 2 faizini təşkil edən yəhudilərin Konqresdə geniş şəkildə təmsil olunduğunu, ABŞ-ın siyasi həyatında fəal iştirak etdiklərini bildirib.

Səidə