Qubad İbadoğlu hökumətə müşavirlik edəcək

qubad-ibadoglu-hokumete-musavirlik-edecek
Oxunma sayı: 1708



“Qafqazinfo” xəbər verir ki, Qubad İbadoğlu bu barədə Facebook-da yazıb: “Qırğızıstana hökümətinə büdcə şəffaflığını artırmaq, anti-korrupsiya fəaliyyətini gücləndirmək üçün məsləhətlər vermək, müşavirlik etmək üçün hələ bir müddət burda olacam. Səfərim çərçivəsində proqram büdcəsinin tətbiqi, Büdcə Məcəlləsinin layihəsinin təkmilləşdirməsi üçün müzakrələr və görüşlər təşkil olunub. Proqrama maliyyə naziri, gömrük komitəsininin sədri, hesablama palatasının sədri, mərkəzi bankın, iqtisadiyyat nazirliyinin, təhlükəszilik şurasının, baş prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə görüşlər, ölkənin iqtisadçı-ekspertləri, biznes assosiasiyalarının nümayəndələri ilə görüşlər daxildir”.
 
Müzakirələrə parlamentin iqtisadiyyat və büdcə komitəsindən başlayan Qubad İbadoğlu bu gün Prezident Aparatında görüşlər keçirəcək: “Çox maraqlıdır ki, burda müzakirə etdiyimiiz islahat imkanlarının heç biri öz ölkəmdə indiyədək həyata keçirilməyib. Bu barədə təkliflərimizi (Büdcə Məcəlləsinin qəbulu, proqram büdcə təsnifatına keçird və s.) bir neçə il öncə Azərbaycan hökümətinə göndərsək də hələ də qarşı tərəfin nə müsbət və nə də mənfi reaksiyası yoxdur. Düşünürəm ki, axır-əvvəl onları bizim hökümət də qəbul etmək məcburiyyətində qalacaq. Çünki, nə başqa alternativlər, nə də ki, əvvəlki imkanlar yoxdur”.