Qubad İbadoğlunun şikayəti təmin olunmadı

qubad-ibadoglunun-sikayeti-temin-olunmadi
Oxunma sayı: 630


Şikayət İqtisadi Tədqiqatlar Mərkəzinin və Qubad İbadoğlunun Beynəlxalq Bankdakı hesablarına həbs qoyulması haqda Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarlardan verilmişdi.

Sentyabrın 5-də “Media forum” saytına danışan Qubad İbadoğlu deyib ki, şikayətə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb. Nəticədə Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin və Qubad İbadoğlunun “Bank Respublika”da da hesabları var və həmin hesablara da həbs qoyulub. “Bank Respublika”dakı hesablara həbs qoyulması barədə qərarları Səbail Rayon Məhkəməsi çıxarıb. Bu qərarlardan verilmiş apellyasiya şikayətinə sentyabrın 8-də baxılacaq.

Qubad İbadoğlu həmçinin Müsavat Partiyasının üzvüdür. O, Müsavatın bu ay keçirilməsi nəzərdə tutulan qurultayında partiya başqanı postuna iddiaçılardan biridir.