Qubada 15 yaşlı yeniyetməni eşşək dişlədi

qubada-15-yasli-yeniyetmeni-essek-disledi
Oxunma sayı: 1480

Qubanın Ərməkiqışlaq kənd sakininin əlini eşşək dişləyib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ərməkiqışlaq kənd sakini 2004-cü il təvəllüdlü Rahib Firuz oğlu Quliyevin əlini təsərrüfat işləri ilə məşğul olarkən uzunqulaq dişləyib. 

O, Quba rayon Mərkəzi Xəstəxanasına müraciət edib. R.Quliyevə sol əlin geniş həcmli dişlənmiş yarası, 4 və 5-ci barmaqların zədələnməsi diaqnozu qoyulub. 

Həkimlər onu vaksinasiya edərək yaralarını tikiblər. 

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov