Qubada 2 nəfərin olduğu “Prado” aşdı - 4 saat sonra belə xilas edildilər +Video+Yenilənib

qubada-2-neferin-oldugu-prado-asdi
Oxunma sayı: 8455

Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

“Qafqazinfo” xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb. 

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər. 

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.

***

Xilasetmə işləri hələ də davam edir. Maşının bir tərəfinin dərəyə baxması xilasetmə işlərini çətinləşdirib. 

***

Quba polis şöbəsinin əməkdaşları FHN-nin əməkdaşları gələnə kimi köməksiz qalan şəxsləri hadisədən 4 saat sonra xilas ediblər.

Həmin şəxslər 1986-cı il təvəllüdlü Binəqədi sakini Aqşin Həşimov və 1992-ci il təvəllüdlü Xırdalan sakini Amil Əliyevdir. 

Emin Kərimov