Qubada 30 yaşlı gənc bıçaqlandı

qubada-30-yasli-genc-bicaqlandi
Oxunma sayı: 2392

Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun Şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1988-ci il təvəllüdlü Təvəkkül Mirabbas oğlu Zeynalov naməlum şəxs (şəxslər) tərəfindən bıçaqlanıb. T.Zeynalov yaralı vəziyyətdə döş qəfəsinin sol ön hissəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə  yerləşdirilib. Cərrahi müdaxilədən sonrakı vəziyyəti normaldır. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Emin Kərimov