Qubada avtomobil ağaca çırpıldı-

qubada-avtomobil-agaca-cirpildi-
Oxunma sayı: 724


“Qafqazinfo” xəbər verir ki, "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində həmin nəqliyyat vasitəsinin sürücüsü - 1980-cı il təvəllüd Məmmədov Rahib Əjdər oğlu aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalmış R. Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:16-da başa çatıb.