Qubada bələdiyyə sədri qanunsuz olaraq qoz ağaclarını kəsdirib - Video

qubada-belediyye-sedri-qanunsuz-olaraq-qoz-agaclarini-kesdirib
Oxunma sayı: 2469

ETSN-nin 5 saylı Ərazi Ekologiya İdarəsi tərəfindən qanunsuz ağac kəsimə qarşı reydlər davam etdirilir. 

“Qafqazinfo” “ATV” kanalına istinadən xəbər verir ki, növbəti belə reyd Quba rayonunda keçirilib.

Keçirilən reyd zamanı Qubanın Vəlvələ kəndində qanunsuz yeşik emalı sexi aşkarlanıb.

Burada təkcə qovaq ağaclarından deyil, eyni zamanda qiymətli növ meşə ağaclarından da yeşik istehsal olunur. Aşkar olunan meşə ağacları ilə bağlı 5 saylı Ərazi Ekologiya idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunub. 

Sexin rəhbərliyi ilk olaraq çəkilişə mane olaraq məlumat verməkdən imtina edib. Lakin az sonra bildirilib ki, sexdəki qoz ağaclarını Qəçreç bələdiyyəsindən alıblar.

Ağac satışında adı hallanan Qəçreş bələdiyyəsinin sədri Faiq Mirzəliyev bildirib ki, onlar yolun genişləndirilməsi məqsədi ilə qoz ağaclarının kəsiminə etiraz etməyiblər. Lakin həmin vətəndaşlara bildirilib ki, ağacları kəsmək üçün ETSN-dən müvafiq sənədlər alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: