Qubada bu kənddə yeni əlifba yaradıldı - Video

qubada-bu-kendde-yeni-elifba-yaradildi
Oxunma sayı: 2974

Quba rayonunun ucqar Buduq kəndində yaşayan xalqın özünə məxsus dili var.

“Qafqazinfo” xəzərxəbər-ə istinadən bildirir ki, Buduq kəndində özlərini budadlar adlandıran etnik əhali özlərinə məxsus dilə malik olan kənd sakinləri indiyə qədər bu dili şifahi şəkildə qoruyub saxlayıblar. Dilin əlifbası olmadığı üçün bu dildə yazmaq və dili gələcək nəsillərə ötürmək mümkün olmurdu.

Quba rayon Alekseyevka kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Adıgözəl Hacıyev Buduq dilinin latın qrafikası əsasında əlifbasını tərtib edib.

Adıgözəl Hacıyev deyir ki, buduq dili geneloji təsnifatına görə İber-Qafqaz dil ailəsinin Dağıstan qrupunun Şahdağ dilləri yarımqrupuna daxildir və qədim türk dillərindən biridir. Bu dildə boğaz səsləri çoxluq təşkil etdiyi üçün əlifba tərtib olunarkən xüsusi ştrixlərdən də istifadə olunub. Bu ştrixlər sayəsində səslər bir-birindən fərqləndirilir.

Buduq dilinin zənginliyi həm də ondan ibarətdir ki, burada feil, əvəzlik və digər nitq hissələri kişi, qadın, qız və cansız olmaqla 4 cinsə görə fərqləndirilir.

Adıgözəl Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda 15 minədək buduqlu yaşayır. Onlardan yalnız 1000 nəfərə qədəri buduq dilində danışa bilir. Bu əlifbanın tərtib olunmasında məqsəd də qədim mədəniyyətin daşıyıcısı olan bir dilin itməsinin qarşısını almaqdır.