Qubada çayda meyit tapıldı

qubada-cayda-meyit-tapildi
Oxunma sayı: 645

Qubada çayda kişi meyiti tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, 45-50 yaşlarında naməlum kişi meyiti Qudyalçayın şəhər ərazisindən keçən hissəsində aşkar edilib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Meyit sudan çıxarılaraq ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
 
Fakt araşdırılır.