Qubada hamı 13 yaşlı Dəyanətdən danışır - 4 yaşlı qızı seldən xilas edib

qubada-hami-13-yasli-deyanetden-danisir
Oxunma sayı: 5354

Quba Rayon İcra Hakimiyyətinin başçısı 4 yaşlı həmkəndlisini sel sularından xilas edən məktəblini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 22-də Cimi kəndində baş verib. VI sinif şagirdi İsrafilov Dəyanət 4 yaşlı Qızbikəni qurtardıqdan sonra 3 yaşlı Yusifi də xilas etmək üçün geri qayıdıb. Lakin onun həyatını xilas edə bilməyib. 

İcra başçısı balaca qəhrəmana Mübariz İbrahimovun portretini hədiyyə edib.