Qubada hərbçilər qəzaya düşdü - 5 itki +Yenilənib

qubada-herbciler-qezaya-dusdu-5-itki-yenilenib
Oxunma sayı: 638

Trend Regional TV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən "Ural" markalı maşının Atuc kəndi yaxınlığında dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Quba rayon Mərkəzi Xəstəxanasından RTV-yə verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

***
RTV-nin əldə etdiyi son məlumata görə, qəzaya düşən hərbiçilərdən daha bir nəfər dünyasını dəyişib. Bununla da qəzada ölən hərbiçilərin sayı 4-ə çatıb.

***
Son məlumata görə, yol qəzasında xəsarət alan hərbiçilərdən biri də dünyasını dəyişib. Qəzaya uğrayan nəqliyyat vasitəsi Sovet istehsalı olan 10 EX 294 dövlət qeydiyyat nişanı olan "RAF" markalı mikroavtobus olub. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 179-cu km-də idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. İlkin məlumatlarda isə "Ural" markalı maşının yol qəzasına düşdüyü bildirilirdi.