Qubada iki mərtəbəli mənzil külə dönüb- - Fotolar

qubada-iki-mertebeli-menzil-kule-donub-
Oxunma sayı: 933

“Qafqazinfo” xəbər veri ki, yanğın yanan evin her iki qonşusunun damına da keçib.

Quba sakini Raqib İsazadəyə məxsus iki mərtəbəli mənzilin ikinci mərtəbəsi dam örtüyü ilə birgə yanaraq külə dönüb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.Hadisə şahidlərinin verdiyi məlumata görə, qəflətən mənzilin tüstüləndiyini görüblər. Dərhal bu barədə Yanğından Mühafizə hissəsinə məlumat verilib.

Hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Təxminən 2 saat ərzində alov söndürülüb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Bununla belə 80 kv/m ərazi külə dönüb.

Hazırda faktla bağlı Quba Yanğından Mühafizə hissəsində araşdırmalara başlanılıb.Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.