Qubada ikimərtəbəli ev yandı - Fotolar + Video

qubada-ikimertebeli-ev-yandi
Oxunma sayı: 3353

Qubanın Timiryazev qəsəbəsində Saleh Camo oğlu Əhmədova məxsus 2 mərtəbəli ev qəfildən yanmağa başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı ailə üzvləri evdə olublar və dərhal çölə çıxıblar. Evdən isə heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülmsəi istiqamətində tədbirlər görülür.

***

Yanğın söndürülüb. Ev sahibinin məlumatına görə, yanğın qısaqapanmadan yaranıb. 6 otaq əşyalarla birlikdə yanaraq külə dönüb. Yanğının ilk anda söndürülməməsinin səbəbi evin yerləşdiyi küçəyə suyun verilməməsi olub. 

Emin Kərimov