Qubada intihar

Qubada intihar
Oxunma sayı: 566

Qubada intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İkinci Nügədi kənd sakini 1990-cı il təvəllüdlü Hüseynov Rövşən Əlimirzə oğlu özünü yaşadığı evin arxasındakı ağacdan kəndirlə asaraq intihar edib.
 
Bildirilir ki, R.Hüseynov ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi