Qubada istifadəsiz qalan quyudan neft çıxdı - Video

qubada-istifadesiz-qalan-quyudan-neft-cixdi
Oxunma sayı: 1423

Quba rayonunun Talabı kənd sakinləri ərazidəki köhnə quyudan neftin çıxdığını aşkar ediblər. 

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, prosesin bir müddətdir davam etdiyi bildirilir. 

Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1969-70-ci illər ərazidə neft quyusunun qazıntısına başlandığını, 4-5 il neft çıxandan sonra isə bu prosesin dayandığını deyib.

Hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.