Qubada konfrans başladı

qubada-konfrans-basladi
Oxunma sayı: 634


"Qafqazinfo" xəbər verir ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Adminstrasiyasını nümayəndəsi eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və tər güllər düzmüş, Ümummili Liderin xatirəsi ehtiramla anılıb. O cümlədən Şəhidlər xiyabanı ziyarət edilib. 

Konfrasın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Qubadakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin dördüncüsü olduğunu diqqətə çatdırmışdır. Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırmış və qeyd etmişdir ki, Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışmış, bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri  bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışmışdır: “Ümummilli Lider Heydər Əliyevin “Biz dünyəvi dövlətik amma dindən də ayrı deyilik” fikrini vurğulayan E. İskəndərov bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən  ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq.”