Qubada mağaza, Bakıda motosiklet yanıb

qubada-magaza-bakida-motosiklet-yanib
Oxunma sayı: 746

Qubada yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunda ümumi sahəsi 40 m2 olan meyvə-tərəvəz mağazanın yanar konstruksiyaları yanıb.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakının Yasamal rayonunda “Notes” markalı motosikletin mühərrik hissəsi yanıb.
 
Motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.