Qubada meşədə yanğın olub

qubada-mesede-yangin-olub
Oxunma sayı: 1124

Qubada dağ massivində yanğın baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu gün rayonun Gədikqışlaq kəndində 10 hektar ərazini əhatə edən yanğın olub. Meşə-kolluq və əkin sahələri yanıb.

Əraziyə ikisi FHN Şabran rayon bölməsindən, biri Quba rayon şöbəsindən olmaqla 3 ədəd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Emin Kərimov