Qubada “Mətbəx Festivalı” keçirilib - Fotolar

qubada-metbex-festivali-kecirilib
Oxunma sayı: 1796

İyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirilib.

“Qafqazinfo” xəbər verir ki, festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Quba RİH başcısı Ziyəddin Əliyev festival ərazisində nümayiş olunan milli mətbəx nümunələri ilə tanış olublar.

Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar yaradılıb. Eyni zamanda qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı" zonası quraşdırılıb.

Tədbirdə milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqlara təqdim olunub.

Festivalın son günündə Şahdağ Quba Hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klasslar keçiriləcək.