Qubada oğurladı, Xaçmazda xərclədi

qubada-ogurladi-xacmazda-xercledi
Oxunma sayı: 1137

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amsar kənd ərazisində Akif Sərdarova qarşı soyğunçuluq edərək, xeyli miqdarda pulunu açıq talama yolu ilə ələ keçirən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 58 yaşlı Əjdər Ağammədov saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, soyğunçuluq yolu ilə əldə etdiyi pulları Xaçmaz şəhər ərazisində xərclədiyini bildirib.

Faktla əlaqədar Ə.Ağammədov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.