Qubada stomatoloji klinikada yanğın

qubada-stomatoloji-klinikada-yangin
Oxunma sayı: 1048

Quba rayonunda ümumi sahəsi 722 m² olan birmərtəbəli tikilinin (stomatoloji klinika kimi fəaliyyət göstərir) dəhlizinin tavanı 5 m² sahədə yanıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata əsasən, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.