Qubada sürücü at sürüsünü vurdu, biri öldü - Fotolar+ Video

qubada-surucu-at-surusunu-vurdu-biri-oldu
Oxunma sayı: 2599

Quba-Xaçmaz yolunun 7-ci km-liyində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qubadan Xaçmaza gedən “Qaz3110” markalı avtomobilin sürücüsü Əmrulla Kərim oğlu  Əzməmmədovun idarə etdiyi maşının qarşısına at sürüsü çıxıb. O, əyləci nə qədər bassa da, qəzanın qarşısını ala bilməyib. Nəticədə vurulan atlardan biri hadisə yerindəcə ölüb.

Qəza zamanı sürücü ilə sərnişinlərə heç nə olmayıb, avtomobilə ciddi ziyan dəyib.

Hadisə Quba- Xaçmaz yolunun Zərdabi qəsəbə ərazisindən keçən hissəsində baş verib. Əraziyə Quba polis şöbəsinin əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov