Qubada ticarət mərkəzində yanğın - Fotolar + Video + Yenilənib

qubada-ticaret-merkezinde-yangin
Oxunma sayı: 3995

Quba rayonunda yerləşən ticarət mərkəzlərindən birində yanğın başlayıb. 

“Qafqazinfo”nun Şimal bölgə müxbirinin verdiyi məlumata görə, hadisə “Fərid” adlı mərkəzdə qeydə alınıb. 

Yanğın yerinə Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yanğın nəticəsində bir neçə obyektə külli miqdarda zərər dəyib. Yanan məhsullar içərisində kişi və qadın geyimləri, xırdavat və 100 min manat dəyərində elektronik məhsullar da var.

Emin Kərimov