Qubada toy karvanında qəza, xəsarət alan var

qubada-toy-karvaninda-qeza-xesaret-alan-var
Oxunma sayı: 2233

Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.