Qubada yaşayış evini ilanlar basıb - Fotolar+Video

Qubada yaşayış evini ilanlar basıb
Oxunma sayı: 6060

Qubanın Əliməmmədoba kəndində Səmədovların yaşadığı evi ilanlar basıb.

“Qafqazinfo”nun məlumatına görə, ev sakinləri bildirirlər ki, ilanlar evin tavanında məskunlaşıb. Bunu görən ailə dərhal evi tərk etməyə başlayıb. Ev sahibi İlham Səmədovun sözlərinə görə, tavanda məskunlaşan ilanların uzunluğu 1,5 metrdən böyükdür. 2 ilanın evdə məskunlaşması 6 nəfərlik ailəni yurd-yuvasından didərgin salıb. Bununla bağlı FHN-nin Quba bölməsinə müraciət olunsa da, məsələ onlara aid olmadığından öz  həllini tapmayıb.

Ev sahibi 2 evin tavanını və döşəməsini söküb çıxarsa da, sürünənləri tuta bilməyib. İlanlara qarşı zəhərli dərman preparatlarından da istifadə ediblər. Hazırda ailə qohumlarının evində qalmağa məcburdur.

Evin xanımı Validə Səmədova açıqlamasında bildirib ki, evin yeni təmirdən çıxmış 3 otağını ilana görə tam söküblər.

Emin Kərimov 










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi