Qubadakı dəhşətli qətlə görə həbs olunanların - Siyahısı

qubadaki-dehsetli-qetle-gore-hebs-olunanlarin
Oxunma sayı: 10013

Xəbər verdiyimiz kimi, Quba rayonunun Tülər kəndində qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.

Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında Elşadla qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var. 

“Qafqazinfo” dəhşətli cinayət faktına görə həbs olunan şəxslərin siyahısını əldə edib:

1. Şahmar Əsədov (Əri)
2. Təbriz Əsədov (Qayını)
3. Sadıq Dadaşov (Atası)
4. Mətləb Muradov (Kənd sakini)
5. Zabit Yolçuyev (Kənd sakini)

Bundan başqa, hazırda 20-yə yaxın kənd sakini Quba rayon Polis Şöbəsindədir. Kənddə 1 ədəd Post Patrul Xidməti (PPX) avtomobili 4 nəfərlik heyətlə keşik çəkir.

Qeyd edək ki, hadisədə adı hallanan qadın 2 uşaq anası olub.

Araşdırmalar davam etdirilir.

Emin Kərimov