Qubadakı yay istirahəti başa çatıb

qubadaki-yay-istiraheti-basa-catib
Oxunma sayı: 629

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan ümumilikdə, 250 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş düşərgə 2 həftə davam edib.

Təşkilatçılar tərəfindən uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunub, məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçib, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib, müxtəlif filmlər nümayiş etdirilib. Qarabağ savaşında təsrübəli kəşfiyyatçı kimi iştirak edərək bir sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə keçirilən görüş xüsusilə yaddaqalan olub.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin Birinci müavini, general-mayor Şahin Məmmədov, “Çağ” Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.

Nigar Məmmədli