Qubalıbaloğlanda naməlum türk əsgəri məzarlığı... - Foto

Qubalıbaloğlanda naməlum türk əsgəri məzarlığı...
Oxunma sayı: 1215

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.

Bundan öncə paytaxtın bir neçə qəsəbəsi və rayonlarda adsız türk şəhid məzarlarını araşdıran Q. Yunusoğlu bu Hacıqabul rayonunda olub. O, bununla bağlı məqaləsini “Qafqazinfo”ya təqdim edib.

Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olsa da, həmin ilin may  ayının 2-ci yarısında  Bakı istiqamətindən gələn hay-daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara daha çox məruz qalmış, bu kənddə ümimilikdə 535 nəfər dinc və silahsız sakin (o cümlədən, 250 kişi, 150 qadın, 135 uşaq) qətlə yetirilmişdir, 1917-ci ilin 02 noyabrında yaradılmış Bakı Soveti İcraiyyə Komitəsinin başçısı türk millətinin qanına susayan  S.Şaumyanın başçılığı ilə Azərbaycan xalqına qarşı yürüdülmüş soyqırım siyasətinin qurbanı olub. Bütün Azərbaycan boyu  bu kəndə qədər irəliləmiş 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri mənfur və əzəli düşmənə qarşı layiqli müqavimət göstərib, yerli özünümüdafiə dəstələrinin üzvlərindən  Kərbəlayı Həsən Alı öğlu (1895-1968), Kərim Balakişi oğlu (1880-1956), Şahpələng Bəbir oğlu (1885-1920), Hənifə Əkbər oğlu (1900-1970) və başqaları ilı birlikdə kənd əhalisini kütləvi qırğından qoruya bilmişlər (həmin dövrdə bu kənddə  120-140 ev olub). Yerli döyüşçülərin  vuruş şücaəti Nuru paşaya xoş gəldiyi üçün onlardan birinə- Kərbəlayı Həsən Alı öğluna “Həsən paşa” təxəllüsü verib.  

5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri Nuru paşanın başçılığı ilə qəhrəmancasına vuruşmaqla itkilərə də məruz qalmış, 6 türk əsgəri, 6 yerli döyüşçü şəhid olub (adları-soyadları məlum olmayan) və hamısı kənd sakini Hənifə Əkbər oğlunun  həyətində-qardaşlıq məzarında  dəfn olunublar. Bu qəbirlərin yerində Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə yardımı və köməkliyi, eləcə də  iştirakı ilə başa çatdırılmış abidə-kompleksinin 31 mart 2017-ci il tarixdə açılışı olub. 

Abidə-kompleksin divarına Qazi  Nuru paşanın aşağıdakı sözləri  də həkk edilmişdir: “Lazım olarsa Azərbaycan uğrunda yenə də canımızı verməyə hazıriq.”

Əmircan qəsəbəsində şəhid türk qəbirləri

Bu yaşayış məskənində qədim qəbirstanlığın tarixi II-IV əsrlərə aid edilir. Hazırda T.Bayram və Elxan Həsənov küçələrinin kəsişməsində yerləşən həmin qədim məzarlıqda 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olmuş əmircanlıların xatirəsinə  daş-mərmər abidə (hündürlüyü 10 m-ə çatan, dördkünc formasında) ucaldılıb.

Xalqımızın həyatında soyqırım tarixi kimi unudulmayan 1918-ci ildə burada min ev olmuş, eləcə də ayrıca  “erməni məhəlləsi” (150-200 ev)  şad-xürrəm həyat sürüblər. Bu kənddə 1905-1906-cı, 1915-1918-ci illərdə mənfur hay-daşnak-bolşevik quldurları dəfələrlə qanlı qırğınlar törədiblər.

Əslən bu kənddən olan tarixçi alim Fəridə Bünyadovanın məlumatına görə, bu inzibati ərazi vahidliyinin ayrı-ayrı qəbiristanlıqlarında 10-a qədər şəhid türk əsgərlərinin qəbri olub. Çox təəssüf ki, onlardan yalnız ikisinin izinin 2-ci qədim qəbirstanlıqda (XVII-XIX əsrlərə aid) qorunub saxlanılması mümkün olub. Bu qəbirstanlıqda şair-tərcüməçi Mirmehdi Seyidzadənin    ulu nənəsi Səkinə xanım Seyid Saleh qızı (1770-1870) dəfn edilib. Onun məzarı üzərində əslən bu kənddən olan idmançı-xeyriyyəçi Hicran İbrahim oğlu Şərifov tərəfindən məqbərə-kompleks inşa edilir və həmin iki naməlum şəhid türk əsgərlərinin məzar daşları orada saxlanılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi