Qubanı sel basdı - Məktəblə əlaqə kəsildi

qubani-sel-basdi-mekteble-elaqe-kesildi
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, sel o qədər güclü olub ki, ağacları kökündən çıxarıb, yarımtikliləri və tövlələri su aparıb. Su borularını tamamilə yararsız, körpüləri isə dəmək olar ki, keçilməz edib.

Kənd sakini Asim Muradovun tövləsini sel dağıtmış, evini qəzalı hala salıb. Məktəblə əlaqə kəsilib. Bir neçə iri buynuzlu heyvanını da sel aparıb. Rayon əlaqəli kənd yolu bərbad hala düşüb. İçməli su boruları təmiz sıradan çıxıb.

E.Kərimov