Qubanın 4 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsildi - Fotolar + Video

qubanin-4-kendinin-rayon-merkezi-ile-elaqesi-kesildi
Oxunma sayı: 2567

Qubanın Buduq kəndi daxil olmaqla 4 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

“Qafqazinfo” xəbər verir ki, 2 gün öncə yağan qar Qubanın Buduq İnzibati Ərazi Vahidliyinə tabe olan Zeyid, Qabqazma və Dağüstü kəndlərinin rayon mərkəzi ilə əlaqələri kəsilib. Buduq Bələdiyyə sədri Vaqif Həsənov açıqlamasında bildirib ki, 2 gündür 4 kəndə getmək çətinləşib.

“Bu istiqamətdə qar yollarda problem yaradıb. Yolların qardan təmizlənməsi üçün əraziyə AAYDA-nın canlı qüvvəsi və texnikaları cəlb olunub. Quba-Buduq yolunun təxminən 8-9 kilometri  qarla örtülüdür. Avtomobillərin gediş-gəlişi çətinləşib", -  deyə V.Həsənov  bildirib.

Emin Kərimov

/uploads/files/QUBA%20XINALIQ%20QAR%20UCQUNU%20GORUNTU.mpg