Qubaya bayrama gələnlər qəzaya düşdü - Fotolar

qubaya-bayrama-gelenler-qezaya-dusdu
Oxunma sayı: 3183

Sumqayıtdan Qubaya bayrama gedənlər qəzaya uğrayıb. 

“Qafqazinfo” xəbər verir ki, qardan sonra yolun sürüşkən olması səbəbindən Quba-Qonaqkənd yolunun 38-ci kilometrliyində “JEEP” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - Sumqayıt şəhər sakinləri, 1971-ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Onlara bədənin əziyi, körpücük sümüyünün sınığı diaqnozları qoyulub. 

Digər sərnişinlər isə yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov