Qudası Şeyxin İran səfərindən danışdı

qudasi-seyxin-iran-seferinden-danisdi
Oxunma sayı: 634

Bunu “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin İrana səfərinə münasibət bildirən millət vəkili, şeyxin qudası Hacı Qalib Salahzadə deyib. Onun sözlərinə görə, səfər zamanı bir sıra suallara cavab tapılmaqla yanaşı, gələcək sağlam münasibətlərin başlanğıcını da qoya bilər: "İranda səfərdə olan nümayəndə heyətimiz İranın rəhbər şəxsləri ilə görüşüb. Mən özüm şeyxlə əlaqə saxlayıb son vəziyyətla maraqlanmışam. Çox nikbin danışdı. Xüsusilə də alimimizin azad olunması xəbəri şeyxi çox sevindirdi. İran və Azərbaycan qonşu, tarixi kökləri, mədəniyyəti bir-birilərinə yaxın olan iki dövlətdir. Təəssüflər olsun ki, bəzi qüvvələr bu münasibətləri korlamağa çalışırlar. Amma alınmayacaq".

Q,Salahzadə əlavə edib ki, Şeyxin İranda çox böyük hörməti var: "Şeyxin bu səfərinə İranda olduqca ciddi yanaşırlar. Bu günə qədər iki ölkə arasında mövcud olan bəzi problemlər bu səfər zamanı müzakirə olunub, həll edilə bilər. Qarşılıqlı etimad mühiti bərpa olunmalıdır".