Qudasını işdən qovdu

qudasini-isden-qovdu
Oxunma sayı: 645

İran prezidentinin digər sərəncamı ilə bu vəzifəyə Əli Nikzad təyin edilib.

Bundan əlavə, M. Əhmədinejad başqa bir sərəncamla qudası, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayini vəzifəsindən azad edib. İran prezidentinin digər sərəncamı ilə Məşayi Qoşulmama Hərəkatında İran prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

M. Əhmədinejadın daha bir sərəncamı ilə İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi Prezident Ofisinin rəhbəri təyin olunub. İran prezidentinin başqa bir sərəncamı ilə isə Məhəmməd Şərif Məlikzadə Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri təyin edilib.