Qüdrət Qurbanov Beynəlxalq Assambleyada iştirak edəcək

qudret-qurbanov-beynelxalq-assambleyada-istirak-edecek
Oxunma sayı: 1076

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya əlavə və dəyişiklərin edilməsi ilə əlaqədar keçirilmiş 2010-cu il tarixli diplomatik konfransın hesabatları dinləniləcək, Azərbaycan Respublikasının da üzvü olduğu 1972-ci il tarixli “Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya”ya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaq.

Sessiyada həmçinin “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya”nın 16-cı və 17-ci maddələrinə uyğun olaraq Şura Üzvlərinin seçilməsi üçün səsvermənin keçirilməsi nəzərdə tutulub.

Nigar Məmmədli