Qüdsdəki məscidlərdən biri söküləcək

qudsdeki-mescidlerden-biri-sokulecek
Oxunma sayı: 648

İslamazeri.az Fələstinin “maannews” saytına istinadən xəbər verir ki, sionist İsrail rejiminin məhkəməsi müqəddəs Qüds şəhərindəki məscidlərdən birinin sökülməsi barədə qərar qəbul edib.

Məscidin axundunun sözlərinə görə, Ras əl-Amud məntəqəsində yerləşən məscidin bir tərəfinin sökülməməsilə bağlı məhkəməyə müraciət etsələr də sionist məhkəməsi bu müraciəti təmin etməyib.

Beləliklə də, Şeyx Səbri əbu-Diab bildirib ki, Məhəmməd əl-Fateh məscidi guya lisenziyasız tikildiyi üçün söküləcək. Axund qeyd edib ki, məscidin sökülməsi nəzərdə tutulan hissəsi qadınlar tərəfindən istifadə edilirdi. 70 kvadrat metrlik hissə 2009-cu ildə məscidi genişləndirmək məqsədilə tikilmişdi.

Mühəndislər və hüquq müdafiəçiləri məscid üçün dəfələrlə lisenziya almağa çalışsalar da işğalçı rejim bunu verməkdən imtina edib.