Qüdsi Osmanov haradadır?

qudsi-osmanov-haradadir
Oxunma sayı: 5632

Oğlu Belarus polisi tərəfindən saxlanılan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məzuniyyətə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Unikal.org-a Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, səfir bir neçə gündür işə çıxmır. 

Onun hansı ölkədə olması isə açıqlanmayıb.

Qeyd edək ki, 27 yaşlı Emil Osmanov Rusiya ilə sərhədi keçərkən Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, qanunsuz bank fəaliyyətində ittiham olunur.