“Quldur rejim insanlara divan tutur” - - İlham Əliyev

quldur-rejim-insanlara-divan-tutur-
Oxunma sayı: 4211


 “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. İ. Əliyev bildirib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək: “Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcəkdir.
Ermənistan isə demək olar ki, tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır. Ölkədə kütləvi qaydada miqrasiya baş verir. Hər il 100 minə qədər vətəndaş o ölkəni həmişəlik tərk edir. Birinci növbədə, ona görə ki, ümidləri yoxdur. İqtisadiyyat demək olar ki, iflic vəziyyətdədir. Digər tərəfdən, o ölkəni idarə edən qaniçən, gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi şəkildə saxtalaşdırılır, siyasi mübarizə orada qanlı faciələrə gətirib çıxarır. Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcəkdir.

Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir”.