Quldurlar tutuldu

quldurlar-tutuldu
Oxunma sayı: 823



İyunun 9-da Sulutəpə qəsəbəsində iki nəfər naməlum şəxs Sabirabad rayon sakini Ziyəddin Əliyevə onu gedəcəyi yerə aparacaqlarını bildirərək avtomobilə minməsini təklif ediblər. Avtomobilə mindikdən sonra bıçaqla hədələyərək onun 380 manat pulunu alıblar. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Şükürlü və Kamil Ələkbərov iyunun 10-da yaxalanıb.
İyunun 9-u saat 23 radələrində Binəqədi şossesində yerləşən Zəngəzur şadlıq sarayının qarşısında Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətlərilə KTM-ya yerləşdirilib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Elşən Bağırzadə iyunun 10-da yaxalanıb.
Bakı şəhər BPİ NMİ, Yasamal RPİ NMB, CAŞ və DİN ÇPA əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Səlhəddin Əliyevdən 4 kiloqramdan artıq marixuana aşkar edilib.
İyunun 2-də Bakı şəhər sakini Əlizadə Cabbarova məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «Ağ Saray» ticarət mərkəzində qızıl məmulatlarının satışı mağazasından qapını sındırma yolu ilə içərisində 70 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Əhmədov, Seymur Sovqatov və Yaşar Hacıyev iyunun 10-da yaxalanıb.
İyunun 7-də Binə qəsəbəsində yerləşən kafedə işləyən qəsəbə sakini Nuranə Aslanova bıçaq xəsarətlərilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Fərəməz Nağıyev iyunun 10-da yaxalanıb.