Quldurluq edənlərə ağır cəza verildi

quldurluq-edenlere-agir-ceza-verildi
Oxunma sayı: 1185

Bakı Ağır Cinayətlər Məhkəməsində "Lombard"ın işçisindən quldurluq yolu ilə 7 min manat alan Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə S.Cəfərov 9 il 4 ay, T.Ağahüseynov 9 il, N.Aydınov və R.Azadov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, adıçəkilən şəxslər uzun müddət “Lombard”ın qarşısında əməkdaş Pərvin Əliyevin işdən çıxmasını gözləyiblər. P.Əliyev ofisdən çıxan kimi onu zorla maşında oturdaraq əl-qolunu bağlayıblar və üzərindəki 7 min manat pulu götürüblər.

Murad Əhməd