“Quli” digər “vor zakon”larla keçmiş adamına qarşı birləşdi

quli-diger-vor-zakonlarla-kecmis-adamina-qarsi-birlesdi
Oxunma sayı: 4130

Aprelin 9-da İstanbulda “qanuni oğru” Dato Çxikvişvilinin (Surqutski) rəhbərliyi ilə keçirilən toplantıda özbəkistanlı Ədhəm Səmərqəndski kriminal titul alıb. 

“Qafqazinfo”nun “Rosbalt”a istinadən verdiyi xəbərə görə, “sxodka”da Teymuraz Nemsitsveridze (“Tsripa”), Roman Cəfərov (“Romik Kurd”), Teymuraz Çuradze (“Aleko”), Laşa Doqonadze (“Laşa Piterski”), Vladimir Dzotsenidze (“Valera Kutaisski”) və Qoca Cinçaradze (“Kurşa”) iştirak edib. Lakin sonuncu şəxs Ədhəmin “taclandırılma”sının lehinə səs verib və bu barədə digər “həmkar”larına məlumat ötürüb. Bu informasiyadan sonra digər “vor zakon”lar Datonu cəzalandırmağın yollarını müzakirə ediblər. 

Dato Surqutski

Məlumata görə, Surqutskiyə qarşı Nadir Səlifov (“Lotu Quli”), Roland Qeqeçkori (“Roland Şlyapa”), Merabi Mzarelua (“Duyake”), Tariel Oniani (“Taro”), Merab Canqveladze (“Merab Suhumski”) kimi digər kriminal klanlar qoşulub. 

Onların fikrincə, Surqutski 2015-ci ildə İrəvanda keçirilmiş toplantıda yeni şəxslərə “qanuni oğru” titulunun verilməməsinə dair ümumi qərarı pozub. 

Nəşr yazır ki, münaqişəyə səbəb olan Səmərqəndski Özbəkistanda böyüyən etnik iranlıdır. O, 2000-ci ilə qədər peşəkar boksla məşğul olub. Daha sonra BƏƏ-yə qızların “satışı” ilə məşğul olub. Buna görə 8 il həbsdə olub. 

Ədhəm Səmərqəndski

“Qanuni oğru” 2016-cı ildə Türkiyədə qətlə yetirilən avtoritet Rövşən Lənkəranskinin yaxın adamlarından biri olub. O, Caniyev öləndən sonra Səlifova yaxınlaşıb. Lakin “Lotu Quli”nin onun “taclandırılma”sı üçün heç nə etməyəcəyini anlayaraq bu tərəfdaşlığa son qoyub.