Qum fırtınasında ölənlərin sayı 127-yə çatdı

qum-firtinasinda-olenlerin-sayi-127-ye-catdi
Oxunma sayı: 829

 Hindistanda baş vermiş qum fırtınasında ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl 97 nəfərin öldüyü bildirilsə də, bu rəqəm 127 nəfərə yüksəlib. Xeyli sayda yaralı var. Şahidlər bildiriblər ki, fırtına zamanı beton binalar silkələnib, ağaclar və işıq dirəkləri uçub. 

Qeyd edək ki, meteoroloqlar havanın düzələcəyi ilə bağlı hələlik müsbət cavab vermirlər. 

Nuranə