"Ajda Pekkan sürücüsü ilə arxamızca gəlmişdi"

quotajda-pekkan-surucusu-ile-arxamizca-gelmisdiquot
Oxunma sayı: 2055


Xalq artisti Brilliant Dadaşova mətbuatda Ajda Pekkanın onu saymadığı barədə yayılan məlumatlara aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, xalq artisti “facebook” hesabında bunu təkzib edib:

"Əziz dostlarım, bunu ona görə yazıram ki, heç bir narahatçılığa ehtiyac yoxdur. Ajda xanım məni dəfələrlə evində, bağında qonaq edib. Bir dəfə, hətta oteldən məni və bacımı qonaq aparmaq üçün sürücüsü ilə arxamızca şəxsən özü gəlmişdi. İndi yayılan söhbət tamamilə dezinformasiyadır.  Tam əksinə Ajda Pekkan mənə dedi ki səni gözləyirdim. Şəkil məsələsi isə onun mühafizəçiləri ilə bağlı idi. Ajda dayandı ki, biz şəkil çəkdirək, yanındakı qadın onu çevirdi ki, yox tələsirik. Yəqin düşündü ki, çay içməyə gedəcəyik, orda şəkil çəkdirərik. Qənirə Paşayeva hamımızı çay içməyə dəvət etdi, amma onlar bilmirdi ki, mən səhnəyə çıxdığım tədbirdən yarım saatlıq qaçıb gəlmişdim və təcili geri getməliydim”.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda xanım Dadaşovanın Ajda Pekkana yaxınlaşıb görüşmək istəsə də, soyuq münasibətlə qarşılaşdığı yazılmışdı. Daha sonra məlumatda qeyd olunurdu ki, diqqətdən kənar qalan müğənni qonaqlığı tərk edən zaman Ajda Pekkanla görüşüb şəkil çəkdirmək istəyib. Lakin türk ulduzu bundan imtina edib.