"ASAN" birinci oldu

quotasanquot-birinci-oldu
Oxunma sayı: 954


"Qafqazinfo" xəbər verir ki, mükafatın Akademiyasının üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən ediblər.

Dövlət saytı nominasiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin www.asan.gov.az rəsmi internet səhifəsi birinci yerə layiq görülüb.

NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.