"Avropa Birliyi Ermənistana heç bir vəsait verməyəcək”

quotavropa-birliyi-ermenistana-hec-bir-vesait-vermeyecek
Oxunma sayı: 924


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, görüşdə ikitərəfli əlaqələrin mövcud durumu və perspektivləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsi haqda geniş məlumat verdiyini və bu istiqamətdə müzakirə aparıldığını deyib.

D. Lidinqton isə bildirib ki, Azərbaycanda səfərdə olmasından çox şaddır. O, Azərbaycanın iqtisadi inkişaf istiqamətində mühüm addımlar atdığını və Böyük Britaniyanın Azərbaycanı vacib iqtisadi tərəfdaşlarından biri kimi gördüyünü söyləyib. Nazir bəyan edib ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün tərəflərə yardım göstərməyə hazırdır.

D. Lidinqton Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olduğu halda Avropa Birliyindən yardım alıb-almayacağına dair APA-nın sualını da cavablandırıb. O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına təəssüflənir: “Ermənistanın Avropa Birliyinin sazişlərinə yox deyib, Avrasiya İqtisadi İttifaqına qoşulmasına çox təəssüf edirik. Bununla belə, bu, Ermənistanın öz qərarıdır. Avropa Birliyi tərəfindən ayrılan vəsaitlər artıq Ermənistana verilməyəcək”.