"Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlığı..."

quotazerbaycanin-dunyaya-ornek-ola-bilecek-unikal-tolerantligiquot
Oxunma sayı: 1047


"Qafqazinfo"ya Dini Komitədən verilən məlumata görə, bu fikirləri Elşad İskəndərov Bakıda Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı II Forumunda çıxışı zamanı deyib. 

Dövlət Komitəsinin sədri dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə forum iştirakçılara məlumat verərək bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır. E. İskəndərovun məruzəsi zamanı sadaladığı tolerantlıq nümunələri, həçminin bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işlər Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzədə həmçinin Azərbaycanın tolerantlıq modelinin örnək model olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulanıb.