"Azərkosmos"dan yeni- - Müqavilə

quotazerkosmosquotdan-yeni-
Oxunma sayı: 974


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri   46016,91 manatdır.

Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.

Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.