"Biletlərim satılıb"

quotbiletlerim-satilibquot
Oxunma sayı: 1277


 "Qafqazinfo"nun məlumatına görə, sentyabrın 13-də Yaşıl teatrda verəcəyi konsert proqramına hazırlaşan mügənni jurnalistlərin qarşısında çıxış edib. Müğənni oxumaqla yanaşı, həm də rəqqaslarla rəqs edib. "Konsertə ciddi hazırlaşıram. Mahnıları canlı ifa edəcəm. Hərəkətli mahnılarda köməkçi səs mənə kömək edəcək. Rəqqaslarla məşq etməyə vaxtım olmadı. Amma indi gördüm ki, çox asandır rəqs edə bilərəm. Eşitmişəm ki, artıq biletlərim satılıb. 100 bilet özüm almışam ki, dosta, tanışa paylayım. Mənimlə birlikdə rəqqasə Fatimə və Ayan da səhnəyə cıxacaq. Ayanla yeni duetimiz "Sənin ücün"ü ifa edəcəyik. 

Bu mahnı ifamızda qısa müddətdə sevildi. Rəqqasə Fatimə isə "Maral" mahnısında səhnəyə çıxıb rəqs edəcək. Bu mahnıdan sonra məni sevməyənlər də sevdi və daha da məşhurlaşdım. Konsertdə tamaşaçıları sürprizlər gözləyir. Konsertə gəlib izləməklərinə dəyəcək".

Könül